Mehmet Ali Erbildən pis xəbər - Xəstəxanaya yerləşdirildi

22:07 - 16 Yanvar 2023

Mehmet Ali Erbildən pis xəbər - Xəstəxanaya yerləşdirildi

Məşhur şoumen Mehmet Ali Erbil Kiprdə xəstəxanaya yerləşdirilib. 

 

Manset.az xəbər verir ki, üst tənəffüs yolunda narahatlıq keçirən Ərbil aparıldığı xəstəxanada müşahidə altına alınıb.

Xəstəxana rəhbərliyi Ərbilin sağlamlıq vəziyyəti ilə bağlı hər hansı açıqlama verməyib. Yaxın çevrəsindən verilən məlumata görə, məşhur şoumen yuxarı tənəffüs yollarından narahatlıq keçirdiyi üçün  müşahidə altına alınıb.

Qeyd edək ki, Mehmet Ali Ərbil 3 il əvvəl evinin hamamında yıxılıb, qırılan qabırğaları ağciyər pərdəsini yarıb və daxili qanaxmaya səbəb olub. Mübarizə apardığı “qaçış sindromu” təkrarlananda vəziyyəti pisləşən Mehmet Əli Ərbil aylarla reanimasiyada qalmışdı.

Davud


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin