Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
"NİVA" markalı avtomobillə "Nissan"ın toqquşması nəticəsində xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo