<

BMT Ukraynada həlak olan dinc sakinlərin sayını AÇIQLADI

21:52 - 16 Yanvar 2023

BMT Ukraynada həlak olan dinc sakinlərin sayını AÇIQLADI

Rusiyanın genişmiqyaslı işğalı başlayandan Ukraynada 7 mindən çox dinc sakin həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi daha 11 327 nəfərin yaralandığını bildirib. 2023-cü ilin əvvəlindən 104 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi səbəb olub.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin