Bəşər Əsəd Rəisini rəsmi səfərə DƏVƏT ETDİ

21:13 - 16 Yanvar 2023

Bəşər Əsəd Rəisini rəsmi səfərə DƏVƏT ETDİ

Suriya prezidenti İran hökumətinin başçısı İbrahim Rəisini rəsmi səfərə dəvət edib.

 

Manset.az xəbər verir ki, Suriyaya səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bəşər Əsəd hökumətinin xarici işlər naziri Feysəl əl-Miqdad ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya prezidenti İran hökumətinin başçısı İbrahim Rəisini rəsmi səfərə dəvət edib.

Bildirilir ki, görüşdə Suriya XİN rəhbəri İran prezidentinin dəvət olunmuş səfərinin məqsədinin “regionda yeni proseslər” və “Amerika və İsrail başda olmaqla Qərb ölkələrinin hər iki ölkəyə qarşı yaratdığı davamlı problemlər” olması ilə əlaqələndirib.

Suriyanın xarici işlər naziri deyib: "Təsəvvür edin ki, Suriyanın İran kimi müttəfiqi olmasaydı, onda onun aqibəti necə olardı?"


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin