Baş Prokurorluq kollecdəki yanğınla bağlı məlumat yaydı

20:57 - 16 Yanvar 2023

Baş Prokurorluq kollecdəki yanğınla bağlı məlumat yaydı

Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az