Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
19:58 - 16 Yanvar 2023
Bakıda keçmiş arvadını qətlə yetirən kişinin məhkəmə prosesi başa çatıb.
Manset.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Arzuman Fazilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin iyulun 15-də paytaxtın Binə qəsəbəsində baş verib.
Cütlük 2018-ci ildə boşansalar da, sonradan barışıblar. Lakin onlar bir müddət birlikdə yaşadıqdan sonra yenidən ayrılıblar.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, son zamanlar Vüsalə ona uşaqları ilə görüşməyə imkan verməyib. O, bu səbəbdən özündən çıxaraq qətli törətdiyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin