Azərbaycanda koronavirusa yoluxanların SAYI

17:00 - 16 Yanvar 2023

Azərbaycanda koronavirusa yoluxanların SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 457 aktiv xəstə var. Bu günə qədər 10 050 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676, bu günə qədər isə ümumilikdə 7 458 556 test icra olunub.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin