<

Gürcü mafiya lideri Trabzonda ÖLDÜRÜLDÜ - FOTO

17:12 - 16 Yanvar 2023

Gürcü mafiya lideri Trabzonda ÖLDÜRÜLDÜ - FOTO

Gürcü mafiya lideri Revaz Lordkipanidze Trabzonda öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Rezo Tbilisi” kimi tanınan Gürcüstandan olan mafiya lideri Revaz Lordkipanidze borc məsələsinə görə iki nəfərin hücumuna məruz qalaraq dünyasını dəyişib.

Lordkipanidze maşında olarkən arxadan onu izləyən xarici dövlət nömrə nişanlı digər avtomobildən düşən şəxs tərəfindən silahla hücuma məruz qalıb.

Şübhəli şəxs avtomobildəki şəxslə birlikdə hadisə yerindən qaçıb. Təcili yardım maşını xəstəxanaya çatdırılan Lordkipanidzeni bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Manşet.az

 



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin