<

12 kq narkotiklə tutuldular - FOTO

16:52 - 16 Yanvar 2023

12 kq narkotiklə tutuldular - FOTO

Ağcabədidə qanunsuz narkotik dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə keçirilən digər bir tədbirlə daha 3 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan 3 kiloqram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin