<

Şərab evi"nə BASQIN: Satıcını bıçaqlayıb, kassanı "yardılar

15:58 - 16 Yanvar 2023

Şərab evi

Gəncədə quldurluq hadisəsi baş verib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Nərimanov prospektində yerləşən "Şərab evi" mağazasına daxil olan naməlum şəxslər orada işləyən satıcı 19 yaşlı Elvin Rzayevi bıçaqlayıb, daha sonra kassada olan pulları götürərək hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Gəncə polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

İlkin məlumata görə, hadisə törədən şəxslərin kimliyi müəyyənləşib. Hazırda onların tutulması istiqamətində araşdırmalar davam etdirilir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin