<

Bu ölkədə məmurların xaricə çıxışı QADAĞAN EDİLDİ

11:30 - 16 Yanvar 2023

Bu ölkədə məmurların xaricə çıxışı QADAĞAN EDİLDİ

Uqanda millət vəkilləri və dövlət qulluqçuları artıq xaricə gedə bilməyəcəklər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uqanda prezidenti Yoveri Museveni hökumət xərclərini azaltmaq üçün dövlət qulluqçularına və millət vəkillərinə səyahət qadağası barədə göstəriş verib.

Museveni investisiya üçün kifayət qədər qaynaq olmadığına işarə edərək, "Məmurlara və millət vəkillərinə deyin ki, xaricə səyahətləri dayandırsınlar. Kigumba burada pul üçün ağlayarkən, bütün pullar xarici səfərlərə gedir” – deyib.

Manşet.az

 


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin