<

Almaniyanın müdafiə naziri İSTEFA VERDİ

14:03 - 16 Yanvar 2023

Almaniyanın müdafiə naziri İSTEFA VERDİ

Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Şolza verdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya mətbuatı ötən həftə nazirin istefa verəcəyini və onun yerinə alternativ ad axtarıldığını açıqlamışdı.

Lambrext bu yaxınlarda sosial media hesabında yayımladığı paylaşıma görə tənqid hədəfinə çevrilmişdi.

Berlində Yeni il şənliyi zamanı yayımladığı paylaşımda "Avropanın ortasında müharibə gedir, bundan çox xüsusi təəssürat aldım" – deyib.

Almaniya mətbuatı və müxalifəti nazirin təxminən bir dəqiqə davam edən mesajını “cəfəngiyyat və mənasız” olaraq tənqid edərkən, istefaya çağırışlarını təkrarlayıb.

Lakin bu, alman nazirin tənqid olunduğu yeganə məsələ deyil. Lambrext 21 yaşlı oğlunu alman ordusuna aid helikopterlə səyahətə apardıqdan sonra 5 min insan arasında keçirilən sorğuda respondentlərin 77 faizi onun işdən çıxarılmasını dəstəklədiyini bildirib.

Tənqidçilər, kabinetin uğursuz nazirləri arasında göstərdiyi Lambrextin Alman müdafiəsinə rəhbərlik etmək qabiliyyətini şübhəli olduğunu müdafiə ediblər.

Manşet.az


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin