<

Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - VİDEO

13:29 - 16 Yanvar 2023

Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - VİDEO

Sabunçu RPİ-nin keçirdiyi əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.

Həyata keçirilən daha bir əməliyyatla avtomobilində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin