<

“Şıkı” ləqəbli avtoxuliqan saxlanıldı - FOTO/VİDEO

12:51 - 16 Yanvar 2023

“Şıkı” ləqəbli avtoxuliqan saxlanıldı - FOTO/VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində “Lada” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücü saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı şəhər sakini Şahin Məmmədov qanun pozuntularını narkotik vasitənin təsiri altında törətməsi məlum olub. Dəfələrlə analoji əməllər törətməsinə görə inzibati tənbeh tədbiri görülən Ş. Məmmədov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün inzibati qaydada həbs olunub. 

Qeyd edək ki Şahin Məmmədov sosial şəbəkələrdə özünü “Şıkı” kimi təqdim edərək mütəmadi olaraq avtoxuliqanlıq edirmiş.

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin