Lənkəranda çaydan qadın meyiti tapıldı

11:36 - 16 Yanvar 2023

Lənkəranda çaydan qadın meyiti tapıldı

Lənkəranda çaydan qadın meyiti tapılıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Lənkərançay çayının Lənkəran şəhəri, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az