Ukrayna Qərb üçün hərbi sınaq meydanıdır - CNN

09:14 - 16 Yanvar 2023

Ukrayna Qərb üçün hərbi sınaq meydanıdır - CNN

Ukraynadakı müharibə həm Ukrayna, həm də Qərbin hərbi inkişafı üçün sınaq meydançasına çevrilib.

 

Manset.az axar.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, hazırkı müharibədə ən mühüm yeniliklərdən biri Ukraynanın artilleriya üçün hədəf təyinetmə sistemidir. Bu, kəşfiyyat məlumatlarını dronlardan artilleriyaçılara sürətlə ötürməyə və heç də az əhəmiyyət kəsb etməyən hədəf koordinatlarını asanlıqla hesablamağa imkan verir.

Hədəf proqramı Ukraynanın təxminən bir illik müharibədə hazırladığı yeniliklər sırasındadır və tez-tez bahalı problemlərə ucuz həllər tapır:

"Ukrayna əsgərlərinə döyüş meydanında kömək edən mühüm yeniliklər arasında düşmən səngərlərinə qumbara atmaq üçün uyğunlaşdırılmış ucuz dronlar, adi yük maşınlarının mobil raketatanlara çevrilməsi və s. var. Ukraynanın bu cür fərasəti Amerika rəsmilərini heyran edir. Onlar Kiyevin daha böyük və daha təkmil Qərb silahlarının buraxdığı mühüm taktiki boşluqları dolduran bacarığını yüksək qiymətləndiriblər.

Eyni zamanda, Ukraynadakı müharibə ABŞ-a və onun müttəfiqlərinə müasir tammiqyaslı müharibədə öz silahlarını sınaqdan keçirmək və Rusiyanın birdəfəlik zərbə vurmaq üçün pilotsuz təyyarələrinin taktikasını görmək fürsəti verib. Ukrayna hər mənada mütləq silah laboratoriyasıdır, çünki bu avadanlıqların heç biri iki sənayeləşmiş ölkə arasında müharibədə istifadə olunmayıb. Bunlar real dünyada döyüş sınaqlarıdır.

Amerikalılar HİMARS qurğularının effektivliyinə əmin olublar, həm də onlar M777 haubitsalarının da güclü silahlar olduğunu sübut ediblər, lakin haubitsaların lülələri çox tez köhnəlib".


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin