Qalatasaray” “Fənərbağça”ya qalib gəldi - Bu dəfə qadınlar...

00:13 - 16 Yanvar 2023

Qalatasaray”  “Fənərbağça”ya qalib gəldi - Bu dəfə qadınlar...

Qadın futbolu üzrə Türkiyə Super Liqasının B qrupunun 11-ci turunda “Qalatasaray”la “Fənərbağça” qarşılaşıb.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı komanda kişi həmkarlarından geri qalmayaraq, oyunda qalib gəliblər.

İstanbul derbisində “Qalatasaray”a 2:0 hesablı qələbə qazandıran qolları 45+3-cü dəqiqədə Yağmur, 62-ci dəqiqədə isə Ebru vurub.

Bu nəticədən sonra xalını 30-a yüksəldən “Cim-Bom” həftəni 2-ci pillədə başa vurub. “Fənərbağça” isə 22 xalla 3-cü pillədə qalıb.

Xatırladaq ki, yanvarın 8-də kişi komandalarının qarşılaşmasında da məhz “aslanlar” üstün tərəf olublar (3:0).


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin