"Neftçi" bu komandaya məğlub oldu

00:05 - 16 Yanvar 2023

Bakının “Neftçi” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

Qeyd edək ki, Bakı klubu Antalyada ilk yoxlama matçında Macarıstanın “Vaşaş” komandası ilə heç-heçə edib - 1:1. Komanda yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin