Baxmut uğrunda döyüşlərdə iki azərbaycanlı yaralandı - FOTO

23:12 - 15 Yanvar 2023

Baxmut uğrunda döyüşlərdə iki azərbaycanlı yaralandı - FOTO

Baxmut uğrunda döyüşlərdə iki soydaşımız – Roma Rəhman oğlu Babaşov və Murad Sübhi oğlu yaralanıb.

 

Manset.az xəbər verir ki, bu sözləri Odessada Azərbaycanlıları diaspora təşkilatının sədr müavini Anar Natiqoğlu sosial mediada məlumat paylaşıb.

O, bildirib ki, Rovno şəhər sakini, 30 yaşlı gizi Roma Babaşovun durumu kafidir, Odessada yaşayan gənc zabit Murad Sübhi oğlu isə Dnepr hospitalına yerləşdirilib. 23 yaşlı baş leytenantın yaraları çoxdur.

Qeyd edək ki, onların hər ikisi əslən Bərdə rayonundandırlar.

Bundan başqa A.Natiqoğlu qeyd edib ki, SOCAR Ukrayna Dnepr şəhərindəki faciənin nəticələrini ortadan qaldıran müxtəlif xidmətlərə növbə dəyişikliyi zamanı dincəlmək və pulsuz qida təminatı həyata keçirir.

“Şəhər meri Boris Filatov bütün xidmətlərin nümayəndələrinin növbəni bitirdikdən sonra Şinnaya-14-də qidalana və dincələ biləcəklərini bildirib”, - o qeyd edib.

Qeyd edək ki, Rusiya ötən gün Dneprdə yaşayış binasına zərbə endirib. Nəricədə 29 nəfər ölüb, onlarla insan yaralanıb.

Hazırda dağıntılar altında insanların qaldığı bildirilir.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin