Mətanətdən Elzanın tənqidinə cavab

21:59 - 15 Yanvar 2023

Mətanətdən Elzanın tənqidinə cavab

Müğənni Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediklərinə cavab verib. 

 

Manset.az Axşam.az-a istnadən xəbər verir ki, Əsədova bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. 

"Elza bir dəfə efirə zəng etdi və tənqid etdi. Mənə həmin tənid təhqir kimi gəldi. Onun sözü məni dağa çıxartdı. Bir vaxtlar dostlarımı yığırdım, gedib Elzaya qulaq asırdım. Deyirdim, gözəl sənətin, istedadın var" deyə, Mətanət əlavə edib. 

Qeyd edək ki, Seyidcahan Mətanətə "Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm" sözlərini deyib. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin