KTMT-nin dörd təlimindən üçü Belarusda keçiriləcək

21:39 - 15 Yanvar 2023

KTMT-nin dörd təlimindən üçü Belarusda keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.

 

Manset.az “report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveyko “STV” telekanalına müsahibəsində bildirib.

“Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar Çevik Kollektiv Qüvvələrinin “Qarşılıqlı hərəkət”, kəşfiyyat bölmələrinin “Axtarış” və arxa cəbhə qüvvələrinin “Eşelon” təlimləridir. Onların hamısı sentyabrda ölkəmizdə keçiriləcək”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin