<

Naxçıvan sakinlərinə daha bir şad xəbər

21:04 - 15 Yanvar 2023

Naxçıvan sakinlərinə daha bir şad xəbər

Naxçıvan Muxtar Respublikasında mənzillərdə istifadə olunan internet tariflərində, xüsusilə ən çox istifadə olunan ADSL, yəni Asimmetrik Rəqəmsal Abunəçi Xətlərində keyfiyyət aşağı idi. Artıq bu gündən istər ADSL, istərsə də GPON xətlərdə keyfiyyət yüksəldilir.

 

Manset.az xəbər verir ki, məsələn, bundan öncə əgər istifadəçi müqavilədə nəzərdə tutulan 20 manatlıq 4 Mbit/s sürətində internetin ən yaxşı halda sadəcə 2 Mbit/s-ni əldə edirdisə, indi 20 manatlıq 4Mbit/s-yə yaxın göstərir.

Artıq bu istiqamətdə işlərə başlanılıb. Evlərdə ADSL internet tədricən GPON internetlə əvəz olunacaq ki, bu da sürət və keyfiyyətə müsbət təsir göstərəcək.

Hazırda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi sosial şəbəkə hesablarında əhali arasında muxtar respublikada internetin vəziyyətini öyrənmək üçün sosial sorğu keçirir. //Yenisabah.az


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin