Şəmkir rayonunun Sabirkənd kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.