<

Azərbaycanda avtomobil ağaca çırpıldı - Yaralılar var

19:49 - 14 Yanvar 2023

Azərbaycanda avtomobil ağaca çırpıldı - Yaralılar var

Oğuzun Sincan kəndində "VAZ-2107" markalı avtomobil ağaca çırpılıb.

 

Manset.az Report-a istinadən, hadisə nəticəsində avtomobilin sürücüsü, Umarov Aslan Xalid oğlu və və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.

A.Umarovun vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına, sərnişin isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yərləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin