ABŞ “Taliban”la hər gün danışıqlar aparır

00:00 - 24 Avqust 2021

ABŞ “Taliban”la hər gün danışıqlar aparır

Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı “Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

Manşet.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, - o deyib.

O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin