<

Bu ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

16:33 - 14 Yanvar 2023

Bu ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bu gün Azərbaycan ərazisində hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.

Cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib. Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin