<

DİN narkokuryerlik edən şəxsi saxladı - FOTO

15:37 - 14 Yanvar 2023

DİN narkokuryerlik edən şəxsi saxladı - FOTO

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından  qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

 

Bu barədə Manset.az DİN-in mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinə aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin