Daxili işlər orqanlarında fərqlənməyə görə medal təsis edilir

15:25 - 14 Yanvar 2023

Daxili işlər orqanlarında fərqlənməyə görə medal təsis edilir

Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilir.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin