<

Bakıda dəm qazından ZƏHƏRLƏNMƏ - Ölən var

14:40 - 14 Yanvar 2023

Bakıda dəm qazından ZƏHƏRLƏNMƏ - Ölən var

Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan, 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin