<

“Ermənilərin Xankəndi-Laçın yolu ilə bağlı yaydıqları məlumatlar yalandır” “Haber Global”ın müxbiri

13:10 - 14 Yanvar 2023

“Ermənilərin Xankəndi-Laçın yolu ilə bağlı yaydıqları məlumatlar yalandır” “Haber Global”ın müxbiri

“Şuşadan keçən Xankəndi-Laçın yolunda 34 gündür ki, etiraz aksiyası uğurla davam edir. Ermənistan tərəfi isə bu uğurlu etirazları baltalamaq istəyir”.

 

Manset.az xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyənin “Haber Global” televiziya kanalının müxbiri Murat Karataş deyib.

O qeyd edib ki, ermənilərin yolun bağlı olması barədə yaydıqları məlumatlar yalandır.

“Ermənilər yolun blokadada saxlanıldığını iddia edirlər. Amma biz buradayıq və görürük ki, Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər keçid edirlər, heç bir maneə yoxdur. Lakin ermənilər Avropanı, Fransanı, BMT-ni işə cəlb etmək üçün belə bir təbliğata başladılar. Bu cür təbliğatları biz 44 günlük müharibə dönəmində də görmüşdük. Ermənilər hər yolla burada davam edən etirazlara kölgə salmağa çalışırlar. Əslində isə onlar öz eyiblərini örtməyə cəhd edirlər. İllərdir Azərbaycanın faydalı yataqlarını qanunsuz istismar edir, torpaqlarınızı kirlədir, ağacları kəsir, bütünlükdə isə ekologiyaya və təbiətə zərər vururlar. Məqsədləri isə bu cür yalan xəbərlər yaymaqla özlərinin illərlə etdiyi eyibləri örtməkdir”, - deyə türk jurnalist vurğulayıb.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin