Xızıda Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünü külək apardı

11:29 - 14 Yanvar 2023

Xızıda Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünü külək apardı

Şimal bölgəsində tüğyan edən qasırğa və güclü külək bir sıra ciddi fəsadlar yaradıb. İki gün ərzində bölgədə yüzə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.

 

Manset.az bizim.media-ya istinadən xəbər verir ki, güclü külək Xızıda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünün bir hissəsini də uçurub.

Yerli sakinlər bildirib ki, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O, muzeyin binasının təmir işlərində bəxtinin gətirmədiyini deyib. Bildirib ki, dam örtüyünün bir hissəsini güclü külək aparıb və hazırda kömək edə biləcək kimsə yoxdur.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən hələ ki bir cavab verilməyib.

Qeyd edək ki, C.Cabbarlının Xızıdakı ev muzeyi barədə bizim.media bir neçə dəfə yazıb. Mədəniyyət Nazirliyinin başında kimin durmasından asılı olmayaraq heç bir nazir 2019-cu ildən bəri təmirə dayanan muzeyin eksponatlarının bədii tərtibat işlərini başa çatdırmaqda maraqlı olmayıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin