<

Bakıda qanunsuz tikilən daha bir obyekt söküldü - VİDEO

11:08 - 14 Yanvar 2023

Bakıda qanunsuz tikilən daha bir obyekt söküldü - VİDEO

Bakıda qanunsuz tikilən daha bir obyekt Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülüb.

 

FHN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin