<

Azərbaycanda DƏHŞƏTLİ YANĞIN - Ölənlər var

10:00 - 14 Yanvar 2023

Azərbaycanda DƏHŞƏTLİ YANĞIN - Ölənlər var

Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb.

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin