<

Naxçıvanda 2 km-lik hasar sökülür - FOTO

23:21 - 13 Yanvar 2023

Naxçıvanda 2 km-lik hasar sökülür - FOTO

Şahbuz rayonunun Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən Kolanı kəndində 2 kilometr uzunluğunda olan hasar sökülür.

 

Manset.az "report"a istinadən bildirir ki, kənd əhalisinin uzun illərdir qarşılaşdığı problem artıq aradan qaldırılır. Hasar sökülərək giriş qapıları açılır.

1600-dən artıq əhalinin yaşadığı Kolanı kəndinin sakinləri bildirirlər ki, 10 ilə yaxın müddətdir evlərinin qarşısına hasar çəkilib. Nəticədə yüzə yaxın evin kəndin əsas yolu ilə əlaqəsi tamam kəsilib. Sakinlər ya uzun yol qət edib hasarın o başına qədər getməli, ya da hasardan hansısa yolla aşmalı idilər. Xüsusilə yaşlı kənd sakinləri üçün bu hal daha böyük çətinlik törədib.

Bununla bağlı aidiyyəti qurumlara şikayət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

Qeyd edək ki, ölkədə tikinti-quruculuq işləri prioritet istiqamət kimi diqqətdə saxlanılır və bu işlərə xeyli vəsait ayrılır. Məqsəd isə əhalinin rahatlığını təmin etmək, məskunlaşmanı artırmaqdır. Kolanı kəndini iki hissəyə bölən bu hasarın tikilməsinə on minlərlə manat vəsait ayrılması isə əksinə, izafi xərclərə yol verilməsinə, sakinlərin rahatlığının pozulmasına yol açmaqdan başqa heç bir işə yaramayıb.



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin