Bu şəxslərin peyvənd vurdurması məcburi oldu

23:33 - 23 Avqust 2021

Bu şəxslərin peyvənd vurdurması məcburi oldu

ABŞ-ın Nyu-York şəhərində məktəblərdə müəllimlərin və digər təhsil işçilərinin koronavirus vaksini vurdurması məcburi olub.

Manşet.az xəbər verir ki, dövlət məktəblərində işləyən hər kəs sentyabrın 27-dək vaksinasiyadan keçməlidir.

Vaksin olunmayan şəxslərə test vermək seçimi təqdim edilməyib. Bu şəxsləri hansı sanksiyaların gözlədiyi isə açıqlanmayıb.

Qafqazinfo


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin