"ABŞ-da peyvənd sayəsində 100 mindən çox insanın həyatı xilas edilib"- Bayden

23:18 - 23 Avqust 2021

ABŞ-da vaksinasiya 100 mindən çox insanın həyatını xilas edib və 450 mindən çox xəstəxanaya yerləşdirilməsinin qarşısını alıb.

Manşet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

"Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik", - ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ölkə sakinlərinin 71% -i azı bir dozada koronavirus peyvəndi qəbul edib.

"Hazırda 170 milyondan çox insan tam peyvənd olunub," - Cozef Bayden qeyd edib.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin