Xocavənddə baş verən partlayışda ölən şəxsdən XƏBƏR VAR

21:36 - 13 Yanvar 2023

Xocavənddə baş verən partlayışda ölən şəxsdən XƏBƏR VAR

Xocavənd rayonunun Ağburun ərazisində baş verən hadisə nəticəsində həlak olan şəxs əslən Şuşa sakini olub.

 

Manset.az xəbər verir ki, o, Xocavənd rayonundan ailə qurduqdan sonra həmin ərazidə yerləşən fermalardan birində çoban işləyirmiş.

Mərhum Elşən Hümbətov üçü qız, ikisi oğlan olmaqla beş övlad atasıdır.

Qeyd edək ki, Xocavənd rayonunun Ağburun ərazisində heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib. //Bizim.Media


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin