“Qazandığım hörməti, danışaraq itirmək istəmərəm” -Damla (VİDEO)

19:30 - 13 Yanvar 2023

“Qazandığım hörməti, danışaraq itirmək istəmərəm” -Damla (VİDEO)

"Nə özümə, nə də ki həmkarlarıma belə ucuz xətaları arzulamaram. Gedirsən şou proqramlara gözləyirsən, gözləyirsən, amma mikrofonu sənə təqdim etmirlər ki, yarım saatlıq proqramını oxuyub gedəsən. Bunlar isə çox yaşanır. Belə şeylərə məəttəl qalmıram, nə də ki təəccüblənmirəm".

 

Manset.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Həmkarlarından fərqli olaraq danışmağı yox susmağı üstün görən sənətçi onlara qarşı heç zaman hörmətsizlik etmədiyini bildirib.

"Əlini sıxdığım, eyni masanı paylaşdığım insanların arxasınca danışmıram. Hələ o insan xanımdırsa, əsla danışmıram. O insan həmkarımdırsa, ümumiyyətlə mövzu bitmişdir. Bu günə qədər heç bir həmkarıma qarşı nə hörmətsizlik etmişəm, nə efir vasitəsi ilə ələ salmışam, hədələmişəm. Susaraq qazandığım hörməti, danışaraq itirmək istəmərəm", - deyə Damla vurğulayıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin