Yasamalda çoxmərtəbəli binada YANĞIN

18:42 - 13 Yanvar 2023

Yasamalda çoxmərtəbəli binada YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Manset.az bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin