Avtomobildə yanan şəxsin kimliyi məlum oldu

18:35 - 13 Yanvar 2023

Avtomobildə yanan şəxsin kimliyi məlum oldu

Sabirabadda "VAZ" markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub.

 

Manset.az-ın məlumatına görə, avtomobildə qeydə alınan yanğın nəticəsində Rasim Balakişiyev yanıq xəsarəti alıb.

Qeyd edək ki, hadisə zamanı avtomobilin salonu və idarəetmə lövhəsi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin