<

Dənizdə yeni təhlükə - Radioaktiv suyu boşaldacaqlar

17:46 - 13 Yanvar 2023

Dənizdə yeni təhlükə - Radioaktiv suyu boşaldacaqlar

Yaponiyada Fukusima Dai-içi AES-də yığılan tullantı sularının yaz və ya yay aylarında dənizə axıdılmasına başlanılacağı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tərkibində aşağı tritium konsentrasiyası olan emal edilmiş tullantı sularının dənizə axıdılması planının təfərrüatları paylaşılıb.

Yenidən işlənmiş siyasətə əsasən, hökumət yaz və ya yay aylarında Sakit Okean sahillərindən 1 kilometr aralıda yerləşən nüvə stansiyasından təmizlənmiş çirkab sularının buraxılması prosesinə başlayacaq.

Obyektin operatoru olan Tokyo Electric Power (TEPCO) artan çirkab sularını dənizin altında inşa etdiyi borular vasitəsilə vaxtaşırı bir kilometr dənizdə okeana buraxacaq.

Əvvəlki Suqa Yoşihide hökuməti 2021-ci ilin aprelində elektrik stansiyasında yığılan çirkab suların dənizə axıdılacağını açıqlamışdı. Qonşu ölkələr Çin və Cənubi Koreya qərara sərt reaksiya vermişdi.

Manşet.az

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin