İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirdi

17:38 - 13 Yanvar 2023

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirdi

Rumıniyanın “Sepsi” klubunun italiyalı baş məşqçisi Kristiano Berqodi Türkiyədəki təlim-məşq toplanışında “Qəbələ” ilə keçirilən yoxlama görüşünü dəyərləndirib.

 

Manset.az xəbər verir ki, 59 yaşlı mütəxəssis 2:2 hesabı ilə nəticələnən qarşılaşmada yetirmələrinin performansından razı qalıb.

O, iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, bərabərliyə nail olduqlarını xatırladıb:

“Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq, nəticədən razı qaldım. “Qəbələ” önündə gördüklərimdən məmnunam. Buraxdığımız hər iki qola cavab verə bildiyimiz üçün şadam. Birinci hissədə qoldan sonra üstünlüyü ələ aldıq. Penaltidən buraxdığımız topla geri düşdük. Lakin yenə də ikinci hissədə vəziyyəti dəyişməyi bacardıq. Gündə iki dəfə məşq keçdiyimiz üçün yorğunluq tam gücümüzlə oynamağımıza mane oldu. Futbolçuların matçı zədəsiz başa vurmalarına çox sevinirəm”.

Qeyd edək ki, “Qəbələ” Antalya toplanışında növbəti oyununu yanvarın 14-də Almaniya klubu “Lukenvalde”yə qarşı keçirəcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin