Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər
26 Noyabr 2024
22:34 - 23 Avqust 2021
Yeddi ildir vətəndaş müharibəsi şəraitində olan Yəməndə hər 10 dəqiqədə bir uşaq kifayət qədər qidalanmama və vaksinlə qarşısı alınması mümkün olan xəstəliklər səbəbindən ölür.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) açıqlayıb.
Fondun direktoru Henrietta For keçirdiyi brifinqdə bildirib ki, təkcə bu il xüsusən Hudeyde və Mariv çevrəsində davam edən qarşıdurmalarda 1,6 milyon uşaq evindən didərgin düşüb:
“Yəməndə 11,3 milyonu uşaq olmaqla, 21 milyon insan humanitar yardıma möhtacdır. 2,3 milyon uşaq hədsiz dərəcədə pis qidalanır və təxminən 400 min uşaq az qidalanma və vaksinsizlik səbəbindən ölüm riski ilə qarşı-qarşıyadır”.
BMT-nin Yəmən Xüsusi Nümayəndəliyinin rəhbəri Martin Qriffits Yəməndəki qıtlıq riskinə diqqət çəkərək, təxminən beş milyon insanın qıtlığın astanasında olduğunu qeyd edib.
Dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı Yəməndə əhalinin 80 faizi humanitar yardıma və qorunmağa möhtacdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin