İstanbulda xarab olan avtobusun sürücüsü nəqliyyat vasitəsini kənara çəkərək sərnişinləri endirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, avtobusun sürücüsü dayanacağa yaxınlaşaraq ön qapının işləmədiyini əsas gətirərək sərnişinləri endirib.
Bu vaxt, həmin dayanacaqda avtobusu gözləyən 17 yaşlı gənc oğlan sürücü avtobusa minməyə icazə vermədiyi üçün əsəbiləşərək sürücü ilə mübahisə edib. O, qəzəbindən avtobusun ön qapısının şüşəsini təpiklə sındırıb. Hadisə yerinə gələn polislər onu polis bölməsinə aparıb. Avtobus sürücüsünün şikayət etdiyi gənc ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Manşet.az