<

NATO Rusiyaya qarşı bu addımı atdı

14:50 - 13 Yanvar 2023

NATO Rusiyaya qarşı bu addımı atdı

NATO Rumıniyaya “AWACS” təyyarələri göndərir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  NATO Rusiyanın hərbi hava fəaliyyətlərini izləmək üçün Rumıniyaya “AWACS” kimi tanınan havadan erkən xəbərdarlıq təyyarəsi göndərməyə hazırlaşır.

AWACS təyyarələri yanvarın 17-də Rumıniyaya çatacaq. Təyyarələr NATO-nun bölgədəki mövcudluğunu gücləndirmək və Rusiya Hərbi Hava Qüvvələrinin hərbi fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq.

NATO-nun sözçüsü Oana Lungesku, NATO-nun alyansın hər kvadrat santimetrini qorumaq və müdafiə etmək əzmində olduğunu vurğulayaraq, "Bizim AWACS təyyarəmiz kilometrlərlə uzaqdan digər təyyarələri təsbit edə bilir. Bu, bizim təyyarələrimizi NATO-nun çəkindirmə və müdafiəsində əsas qabiliyyətlər sırasına qoyur" – deyib.

Rusiyanın Ukraynaya hücumundan sonra NATO Şərqi Avropadakı varlığını artırıb. Bu məqsədlə bölgəyə əlavə döyüş təyyarələri, müşahidə və kəşfiyyat təyyarələri, tanker təyyarələri göndərilib.

Müharibə başlayandan bəri NATO-nun AWACS təyyarələri NATO sərhədləri yaxınlığında Rusiya döyüş təyyarələrini izləmək üçün Şərqi Avropa və Baltik regionu üzərində müntəzəm patrul uçuşları həyata keçirib.

Almaniyadakı “Geilenkirchen” bazasında yerləşən donanmadan Rumıniyaya göndəriləcək AWACS təyyarələri bir neçə həftə NATO hava məkanında kəşfiyyat uçuşları həyata keçirəcək. Təyyarə ilə yanaşı, Rumıniyaya təxminən 180 personal göndəriləcək.

Manşet.az

 


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin