Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı VERİLDİ
24 Aprel 2024
14:36 - 13 Yanvar 2023
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiya siyasəti yanlışdır və onu dəyişdirməlidir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Orban, Rusiyaya qarşı sanksiyaların qaldırıldığı təqdirdə enerji qiymətlərinin və ümumi inflyasiyanın yarıya qədər azalacağını, lakin bunun üçün Brüsseldə siyasi qərarın qəbul edilməsi lazım olduğunu bildirib.
Macarıstanın sanksiyalara görə daha əvvəl 7 milyard avro ödədiyi enerjiyə 17 milyard avro ödədiyini açıqlayan Orban, Macarıstanın sanksiyaların qarşısını alacaq gücə sahib olmadığını, ancaq Almaniya və ya Fransa kimi böyük dövlətlərin bunu edə biləcəyini söyləyib.
O, müharibə və sanksiyalar səbəbiylə avropalıların böyük itki verdiyini vurğulayıb:
"Müharibədə Amerikanın qalib gəldiyi, Avropanın da uduzduğu dəqiqdir. Rusiyanın qazanıb-qazanmaması ilə bağlı mübahisələr var. Əgər pul baxımından danışsaq, deyə bilmərik ki, Rusiya çox şey itirdi”.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin