Macarıstandan Rusiyaya DƏSTƏK

14:36 - 13 Yanvar 2023

Macarıstandan Rusiyaya DƏSTƏK

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiya siyasəti yanlışdır və onu dəyişdirməlidir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Orban, Rusiyaya qarşı sanksiyaların qaldırıldığı təqdirdə enerji qiymətlərinin və ümumi inflyasiyanın yarıya qədər azalacağını, lakin bunun üçün Brüsseldə siyasi qərarın qəbul edilməsi lazım olduğunu bildirib.

Macarıstanın sanksiyalara görə daha əvvəl 7 milyard avro ödədiyi enerjiyə 17 milyard avro ödədiyini açıqlayan Orban, Macarıstanın sanksiyaların qarşısını alacaq gücə sahib olmadığını, ancaq Almaniya və ya Fransa kimi böyük dövlətlərin bunu edə biləcəyini söyləyib.

O, müharibə və sanksiyalar səbəbiylə avropalıların böyük itki verdiyini vurğulayıb:

"Müharibədə Amerikanın qalib gəldiyi, Avropanın da uduzduğu dəqiqdir. Rusiyanın qazanıb-qazanmaması ilə bağlı mübahisələr var. Əgər pul baxımından danışsaq, deyə bilmərik ki, Rusiya çox şey itirdi”.

Manşet.az

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin