<

Sabah yağış yağacaq - PROQNOZ

12:55 - 13 Yanvar 2023

Sabah yağış yağacaq - PROQNOZ

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava hökm sürəcək. Lakin gecə və səhər şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin