Kabil hava limanı yaxınlığında 7 nəfər öldü

22:15 - 23 Avqust 2021

Kabil hava limanı yaxınlığında 7 nəfər öldü

Kabil hava limanında baş verən toqquşmalarda 7 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatlı mənbə "RİA Novosti"yə bildirib.

Belə ki, Kabil hava limanının yaxınlığında yaranmış sıxlıq "Taliban" qüvvələri, eləcə də xarici hərbçilərlə qarşıdurmaya səbəb olub.

Onun sözlərinə görə, toqquşmaların qurbanları təhlükəsizlik qüvvələrinin bir üzvü, "Taliban"ın iki döyüşçüsü və ölkəni tərk etmək istəyən dörd nəfər olub.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin