Baydenin iqamətgahında yeni məxfi sənədlər ortaya çıxdı! - Ədliyyə Nazirliyi hərəkətə keçdi

12:36 - 13 Yanvar 2023

Baydenin iqamətgahında yeni məxfi sənədlər ortaya çıxdı! - Ədliyyə Nazirliyi hərəkətə keçdi

Əvvəllər ofisində məxfi sənədlər tapılan ABŞ prezidenti Co Baydenin bu dəfə də iqamətgahında gizli sənədlər üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin müşavirlərindən Riçard Sauber, mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib ki, Baydenin vəkilləri prosesi Milli Arxivlər və Qeydlər İdarəsi (NARA) və Ədliyyə Departamenti ilə birgə həyata keçirir.

Vəkillərin daha sonra Baydenin Delaverdəki Wilmington və Rehoboth Beachdəki iqamətgahlarını araşdırdıqlarını qeyd edən Sauber, Delaverdəki iqamətgahında 2009-2017-ci illər arasında vitse-prezidentliyindən "az sayda yeni məxfi sənədlərin" olduğunu söyləyib.

Sauber qeyd edib ki, “məxfi” ifadəsi olan bu sənədlər Baydenin bəzi şəxsi və siyasi sənədləri arasındadır.

Ədliyyə Nazirliyi sözügedən sənədlərin araşdırılmasını davam etdirir.

Manşet.az

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin